Ermənini özünə gətirən partlayış: Həyat, deyəsən, gözəldir - ARAŞDIRMA

Ermənini özünə gətirən partlayış: Həyat, deyəsən, gözəldir - ARAŞDIRMA Bizi WhatsApp-da izləyin 00:00 - Giriş 00:03 - Həyat, deyəsən, gözəldir filmi 00:15 - Rejissor Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir“ filmi 00:28 - Erməni qardaşlar Azərbaycan tərəfinə əsir düşürlər 00:36 - Erməni əsirlər Qarabağ Azərbaycandır deyir 01:30 - Xəstəxananın Baş həkimi erməni qadın ilə ailə qurub 01:50 - Qarabağın azad olmasına sevinən həkim eyvana çıxıb sevinir 02:29 - Azərbaycan və Ermənistanın bayrağları birlikdə göstərilən ilk film 03:02 - Ermənilərin dədə-qorqudu 04:33 - Prezident İlham Əliyev xəritəyə baxır və deyir ermənilərin xəstəliyi budur 05:11 - Fəryad filmi və Həyat, deyəsən, gözəldir filmin də ermənilər körpəyə türk sənin düşmənindir aşılanır 05:38 - Vacik əsir dəyişmə meydanında günəşə doğru gedir Rejissor Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” filmi ermənilərin 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki zəfərimizdən bəhs edir. Filmin qısa süjeti belədir: Döyüşdə yanında bomba partlaması ilə travma alan Vaçik qardaşı Xaçiklə birlikdə Azərbaycan tərəfinə əsir düşür. Vaçik aldığı travmadan sonra həqiqəti görməyə başlayır və “Qarabağ Azərbaycan“dır deyir. Xaçik qardaşının bu vəziyyəti ilə barışa bilmir, hətta onu öldürmək istəyir. Anası, qardaşı və bütün qohum-əqrəbası Vaçikdən imtina edir. Rejissor Vaçik və Xaçikin timsalında erməni cəmiyyətini göstərir. Vaçikçilər sülhün, Xaçikçilər müharibənin tərəfdarıdır. Bu iki qardaş həm müalicə almaq, həm də sorğu-sual edilmək məqsədilə psixiatriya xəstəxanasına yerləşdirilir. Maraqlı məsələ odur ki, xəstəxananın baş həkimi erməni qadın ilə ailə qurub və onun özünün də psixoloji problemləri var. Həkimin arvadı hər dəfə ona deyir ki, “mən sənin qəlbinə yol tapa bilmədim, ona görə şüuraltına girirəm”. Beləliklə, onun yuxularına girib erməni sevgisi aşılamağa çalışır. Qarabağın azad olunma xəbərini eşidən həkim eyvana çıxıb xalqla birlikdə sevinir. Bu zaman erməni arvadı onun ayaqlarını qucaqlayıb ağlayır. Bu səhnə erməni qadının timsalında ermənilərin Azərbaycanın ayaqları altına düşdüyünü, təslim olduqlarını göstərir. Bu filmdə sülh mesajları da var. Azərbaycanlı polkovnikin “Onlar bizim qonşularımızdır” deməsi, Vaçikin xahişi ilə palatasına qoyulan Azərbaycan-Ermənistan bayrağı buna sübutdur. “Həyat, deyəsən, gözəldir” ilk Azərbaycan filmidir ki, bu iki ölkənin bayrağı yanaşı göstərilir. Ermənini özünə gətirən partlayış: Həyat, deyəsən, gözəldir - ARAŞDIRMA 2023 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #Araşdırma #Həyatdeyəsəngözəldir #Ermənilər #Qarabağ #Azərbaycan #Ermənistan #QarabağAzərbaycandır #sülh #sülhmesajı #film #kino #sənət #tragikomediyafilm #dədəqorqudfilmi #ermənidaşnakları #separatçı #rejissor #qarabağtorpaqları #44günlükmüharibə #Vətənmüharibəsi #44günlükVətənmüharibəsi #fəryadfilmi #humanist #əsirdəyişməmeydanı #xəritə #prezident #alibaşkomandan #İlhamƏliyev #xalqartisti #VaqifMustafayev