Ermənilərdən Putinə etiraz - BAKU TV

Ermənilərdən Putinə etiraz - BAKU TV Aktual xəbərlərimiz Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Rusiyanın Ermənistana qarşı münasibətinin mənfi istiqamətə dəyişdiyini deyən erməni politoloq Stepan Qriqoryan bildirib ki, buna səbəb məhz Vladimir Putinin rejimidir. “Rusiya Ermənistana düşmən münasibəti bəsləyir. Biz bu barədə xəbərdarlıq etmişdik. Bunu 2020-ci ildə müharibə zamanı da gördük. Rusiya bizə kömək etmədi və bunu rəsmi şəkildə etdi. Müharibədən sonra isə Rusiya Azərbaycanla birlikdə bizə qarşı addımlar atır. Rusiya indi bizə qarşıdır və biz düzgün siyasət qurmalıyıq. Bizim siyasi dairələrdə, o cümlədən hakimiyyət orqanlarında bunu tam anlamırlar, bilirlər ki, bu problem var, amma dərk etmirlər. Biz artıq nəinki strateji tərəfdaş deyilik, hətta bizə qarşı düşmənçilik siyasəti aparılır. Əsas səbəblərdən biri isə Rusiyadakı Putin rejimidir. Putinin hazırkı rejimi sərt şəkildə avtokratikdir. İstənilən avtokratik rejim isə zamanla dövlət maraqlarından deyil, şəxsi mənafedən çıxış edir”, - deyə o qeyd edib. Politoloqun fikrincə, Putini əla almaq üçün Ermənistan Rusiya hakimiyyət nümayəndələrini Ermənistana dəvət edib təbliğat aparmalı və özünə cəlb etməlidir. Maraqlıdır, iqtisadi inkişafdan, regional proseslərdən geri qalan, Rusiyaya kredit borcu olan kiçik bir ölkə dostluq üçün nə təklif edə bilər?! Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Ermənilərdən Putinə etiraz #ermeniler #putin #etiraz #bakutvxeber #bakutv #bakutvnews