Elvin Nasir - Ana

Elvin Nasir-in ifa etdiyi “Ana“ adlı parçası artıq onlayndır! Elvin Nasir-ə YouTube-da abunə ol : Video:İlhami Şahbazli Söz: Elvin Nasir Musiqi: Bəhram Nəsibov Piano : Vüsal Namazlı (Piano by VN) Beat: Berkay Çandir Səsyazma: Protime group Səs uzlaşması: Rüfət Behbudov (Roof at music) Prodüser: İbrahim Seyfulla Media partnyoru: Elvin Nasir-i sosial şəbəkələrdə izlə : Instagram - Elvin Nasir-i rəqəmsal platformalarda dinlə : Spotify - Apple Music - Sözləri: Canım anam, damarda qanım anam Cənnət ayağlarındadır, gülüstanım anam Sənsiz dözməz ürək, Allah ayırmasın Kədərin zülməti ilə keçər sənsiz anım anam Şöhrətim şanım anam,mənim ad sanım anam Nə qədər tikanlar bitib belə gülşənlərində? Sən ki bir ömrü fəda eyləmisən övladına Nə qədər əzab gizlənib saçının dənlərində? Ən gözəl xanım anam,cənnət hurisiən Sənin etdiyin dualarla ərşə çatdı başım Əlini səmaya aç, sən mənə dualar et Mən həmin dualarla yol dolaşım, dağlar aşım Ey sultanım anam, sənə qurbandı canım Atdığın addımların altına torpağ olaram Nə qədər qocalsam da ölümünə hazır deyiləm Bir gün ölsən əgər, mən necə sağ olaram? Sabahım danım anam,ey mənim dan ulduzum Səninlə olur sabah,səninlə günəş doğur Bircə an xəyalımdan ötsə sənin son nəfəsin Həmin zaman boğazda qəhər düyünlənir,boğur Dərdə dərmanım anam, nə olar tez getmə Mən səni qollarımda gəzdirərəm,of demərəm O yeməklərdə sənin əllərinin ətri yoxsa Nə yaxın dayanmaram, nə də heç vaxt yemərəm Ey asimanım anam,nə gözəl görünürsən Gül üzün gülüstana güllərdən çox yaraşır Üzünün nuru bəsdi bu dünyanı aydın edə Susuram üzüm gülür, baxıram göz qamaşır Ey mənim canım anam,damarda qanım anam Cənnət ayağlarındadır,gülüstanım anam Sənsiz dözməz ürək, Allah ayırmasın Kədərin zülməti ilə keçər sənsiz anım anam Bütün müəllif hüquqları “Musics of Azerbaijan” tərəfindən qorunur. © 2023 Etiketlər : #Ana #ElvinNasir #MusicsofAzerbaijan