Qazilərimiz AVRO2020-nin oyununu izləyiblər - Baku TV

Qazilərimiz AVRO2020-nin oyununu izləyiblər - Baku TV “Davam” Gənclər Hərəkatının təşkilatçılığı, “YAŞAT” Fondu və “BakuBus” MMC-nin dəstəyi ilə 40-dan çox qazi Bakı Olimpiya Stadionunda “Avro-2020”nin E qrupunun üçüncü turu çərçivəsində Türkiyə-İsveçrə oyununu izləyib. Görüş zamanı Aprel döyüşləri veteranları və Vətən müharibəsi qaziləri olan igidlərimiz “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı və xeyriyyəçi Kamil Zeynallı ilə birlikdə Türkiyə millisini dəstəkləyiblər.