Moskvada 100-dən çox insanı xilas edən yeniyetmə azərbaycanlıdır?

Moskvada 100-dən çox insanı xilas edən yeniyetmə azərbaycanlıdır? Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall” konsert mərkəzinin qarderobunda işləyən 15 yaşlı İslam Xəlilov martın 22-də baş verən terror hücumu zamanı binadan 100-dən çox insanın çıxmasına kömək edib. Bu barədə “Telegram” kanallarında məlumat paylaşılıb. Bildirilib ki, bütün administratorlara fövqəladə vəziyyət zamanı binadan çıxış təlimi keçirilib və 15 yaşlı oğlan da dəqiq şəkildə həmin təlimə uyğun olaraq insanlara yardım edib. Hadisə zamanı, eləcə də yanğın başlayan anda o, insanların yanlış istiqamətdə qaçdığını görüb. Bundan sonra özü təxliyə prosesini idarə etməyə başlayıb və insanları doğru istiqamətə yönəldib. İslam Xəlilov təlaş içində qaçan insanları dar keçiddən keçirib, daha sonra onları xidməti çıxışdan küçəyə çıxarıb. Qeyd edək ki, bəzi sosial şəbəkə istifadəçiləri 15 yaşlı İslamın milliyətcə azərbaycanlı olduğunu yazsa da, bununla bağlı dəqiq məlumat yoxdur. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ Moskvada 100-dən çox insanı xilas edən yeniyetmə azərbaycanlıdır? 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #silahlıinsident #moskva #ticarətmərkəzi #atışma #crocuscityhall #konsertzalı #moskvadaatışma #yanğın #moskvayanğın #polis #bakutvxeber #bakutvxəbərlər #bakutvxəbər #bakutvxeberler #bakutvsonxeberler