Putinlə bağlı iddia : özünü və ailəsini qoruduğu silah üzə çıxdı - BAKU TV

Putinlə bağlı iddia : özünü və ailəsini qoruduğu silah üzə çıxdı - BAKU TV Sosial şəbəkələrimiz Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətinin Valday rayonundakı iqamətgahının yaxınlığında hava hücumundan müdafiə kompleksi quraşdırılıb. Bu barədə Rusiyanın “Agentstvo” nəşri məqalə dərc edib. Bildirilib ki, “Pantsir-S1” zenit-raket kompleksi bir neçə həftə əvvəl Valday yaxınlığında yerləşdirilib. Məlumata görə, əvvəllər hava hücumundan müdafiə sistemi Rusiya Federasiyasının hərbi idarəsinin binasının damında quraşdırılmışdı. Nəşrin yazdığına görə, sözügedən zenit-raket kompleksi Rusiya liderini və onun ailə üzvlərini qorumaq üçün nəzərdə tutulub. Qeyd edək ki, “Pantsir S1” zenit-raket və silah sistemi eyni anda 30-a qədər hədəfi, məsələn, qanadlı və ballistik raketləri, təyyarələri aşkar edə bilir. Belə zenit-raketlər hətta dronları da tapmağa qadirdir. Putinlə bağlı iddia : özünü və ailəsini qoruduğu silah üzə çıxdı © 2022 © All Rights Reserved ℗ Baku TV