“Güllələnmə“ videosu ilə bağlı şübhələr - BAKU TV

“Güllələnmə“ videosu ilə bağlı şübhələr - BAKU TV Aktual xəbərlərimiz Sosial şəbəkələrdə guya Azərbaycan hərbi qulluqçuları tərəfindən saxlanılan erməni təxribatçılarının atəşə tutulduğu iddia olunan görüntülər paylaşılıb. Görünür, hazırlanaraq tirajlanan videolar məğlubiyyətdən sonra ruh düşkünlüyü yaşayan erməni əsgərlərinin döyüş bacarığının artırılması məqsədi daşıyır. Çünki Ermənistan hərbçilərinin motivasiya ilə bağlı problemi düşməni yaman narahat edir. Sabiq nazir Tofiq Zülfüqarov qeyd edib ki, videonun ortaya çıxması Avropa İttifaqı ölkələrinə qaz nəqli üçün interkonnektorun açılışı ilə eyni vaxta təsadüf edib. İrəvan bununla Qərbin Azərbaycana qarşı sanksiya tətbiq etməsinə nail olmaq istəyir. Digər maraqlı tendensiya isə sözügedən hadisədə əsgərlərimizin haqlı və ya haqsız olması ilə bağlı müzakirələrin aparılmasıdır. Halbuki, bu, hadisənin həqiqətən baş verdiyini qəbul etmək Ermənistanın yalan maşınının tələsinə düşməkdir. Qeyd edək ki, hadisənin həqiqətən baş verməsi şübhə doğurduğu üçün Azərbaycanın Hərbi Prokurorluğu tərəfindən görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV #gullelenmevideosu #subheler #video #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər #