Kəlbəcərdəki mövqelərimiz atəşə tutuldu - BAKU TV ()

Kəlbəcərdəki mövqelərimiz atəşə tutuldu - BAKU TV () Aktual xəbərlərimiz Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ötən sutka ərzində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Kəlbəcərdəki mövqelərimiz atəşə tutuldu #atesetutuldu #kelbecer #movqelerimiz #bakutv #bakutvnews