Putinin Z hərfi ilə bağlı müəmması - BAKU TV

Putinin Z hərfi ilə bağlı müəmması - BAKU TV ☑️Aktual xəbərlərimiz Hərbi texnikaların üzərində, bayraqlarda, təhsil müəssisələrində, uşaqlarla təşkil olunan fləşmoblarda, idman formalarında, geyimlərin üzərində. Latın əlifbasının son hərfi 56 gündür ki, Rusiyada yaşayan hər kəsin həyatına daxil olub. Normal olaraq bir sual ortaya çıxır: haradan çıxdı bu “Z”? Təbii ki, bu simvolun birdən-birə rəsmi Moskvanın hərbi ambisiyalarının simvoluna çevrilməsini təsadüf hesab etmək sadəlövhlük olardı. Putinin müharibə, daha doğrusu, xüsusi hərbi əməliyyat elanını verdiyi gecə işlətdiyi “denatsifikasiya” ifadəsi Rusiya Ordusunun Ukraynaya hücumunu legitimləşdirməkdir. Əksinə, bu ölkənin özünün nasizmə bənzər iddialar gerçəkləşdirdiyi fikrini ortaya çıxartdı. “Z” simvolunun izahı da məhz bu perspektivdə