Erməni sahibkarlar Azərbaycana rüsum ödəyir ? - Baku TV

Erməni sahibkarlar Azərbaycana rüsum ödəyir ? - Baku TV Erməni iş adamları İrana getmək üçün azərbaycanlılara gömrük rüsumu ödəyir. Bu barədə Ermənistan mətbuatında məlumat yayılıb. Hətta ödənilən məbləğin qəbzinin fotosu da çəkilərək sosial şəbəkələrdə yayımlanıb. Bidirilir ki, erməni iş adamlarının mallarını daşıyan fars sürücülər Gorus-Qafan yolunun azərbaycanlıların nəzarətində olan hissəsindən istifadə edirlər. Bunun üçün gömrük məntəqəsi tərəfindən verilən qəbzdə azərbaycanlılara 130 dollar ödənildiyi məlum olur. Məsələ ilə bağlı erməni nəşri Azərbaycana gömrük rüsumu kimi nə qədər pul ödənildiyini öyrənmək üçün iqtisadiyyat naziri Vaan Kerobyanla əlaqə saxlayıb. Nazir ermənilərin Gorus-Qafan yolunu keçdikləri üçün vergi ödədiklərini təsdiqləyib. Lakin məbləğ haqqında açıqlama verməyib. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır. Pulsuz Elanlar: Bizi Sosial şəbəkələrdə izləyə bil