Ermənistan parlamenti yenidən çalxalandı - Baku TV

Ermənistan parlamenti yenidən çalxalandı - Baku TV Ermənistan parlamentinin iclasında Gorus-Qafan yolunda yaranmış vəziyyət yenidən gündəmə gətirilib. Müxalif “Hayastan” bloku mövcud durumu müzakirə etmək üçün Milli Təhlükəsizlik Xidmətinin direktorunun parlamentə çağırılmasını tələb edib. Partiya üzvü Artsvik Minasyan, Azərbaycan sərhədçilərinin İrandan Ermənistana gedən yük maşınlarını yoxlaması faktıyla bağlı yerli rəsmi qurumların verdiyi izahın anlaşılmadığını bildirib. Deputat bu məsələ ilə bağlı iclasda təkcə Təhlükəsizlik Xidmətinin deyil, həm də Müdafiə Nazirliyi, Prokurorluq və Xarici İşlər Nazirliyinin nümayəndələrinin iştirak etməsini təklif edib. Spiker Alen Simonyan Təhlükəsizlik Xidməti rəhbərinin parlamentə çağırılması məsələsini müzakirə edəcəklərini bildirib. Müxalifəti məyus edən digər məqam isə, “Hayastan“ fraksiyasının qanun layihəsinin plenar iclasın gündəliyinə daxil edilməməsi olub. Fraksiya Xarici Əlaqələr Daimi Parlament Komissiyasının, Xarici Əlaqələr və Qarabağ Daimi Parlament