ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hazırlıq planına əsasən, artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib. Təlimin ssenarisinə uyğun olaraq, bölmələr həyəcan siqnalı ilə daimi dislokasiya məntəqəsini tərk edərək cəmləşmə rayonuna çıxarılıb. İcra olunacaq fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə uyğun qəbul edilmiş qərara əsasən zabitlərin məruzələri dinlənilib. Bölmələr marşrut üzrə müxtəlif maneələri dəf edərək atəş mövqelərinin tutulması, döyüş texnikası və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətləri icra edib. PUA bölmələri ilə qarşılıqlı əlaqədə şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin olunub. Praktiki atışlar zamanı planlı və plandankənar hədəflər dəqiqliklə məhv edilib. Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, həmçinin komandir heyətinin artilleriya bölmələrini idarəetmə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən nümunəvi təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib. ____ С артиллерийскими подразделениями Отдельной общевойсковой армии проведены тактические учения В соответствии с планом подготовки Отдельной общевойсковой армии, с артиллерийскими подразделениями были проведены показательные тактические учения с боевой стрельбой. Согласно сценарию учений подразделения были выведены по сигналу тревоги из пунктов постоянной дислокации в районы сосредоточения. Действия, которые предстояло выполнить, были уточнены на карте, заслушаны доклады офицеров о решениях, принятых в соответствии со сложившейся тактической обстановкой. Подразделения преодолели различные препятствия по ходу маршрута и выполнили действия по занятию огневых позиций, приведению боевой техники и артиллерийских установок в состояние боевой готовности. Во взаимодействии с подразделениями БПЛА были определены координаты наземных целей условного противника. В ходе практических стрельб с высокой точностью были уничтожены намеченные и внеплановые цели условного противника. На показательных учениях, проведенных с целью повышения знаний и навыков военнослужащих, а также совершенствования навыков командного состава по управлению артиллерийскими подразделениями, был продемонстрирован высокий профессионализм. ____ Artillery Units of Combined Arms Army hold tactical exercise Under the training plan of the Combined Arms Army, artillery units executed exemplary live-fire tactical exercise. Following the exercise scenario, the units were mobilized from their permanent deployment locations to assembly areas on alert. The activities to be carried out were outlined on the map and officers presented reports based on decisions made within the tactical framework. The units overcame various obstacles along the route and carried out activities on capturing firing positions and bringing combat equipment and artillery installations into combat state. The coordinates of the imaginary enemy surface targets were defined in interaction with the UAV units. Both planned and unplanned targets were accurately neutralized during the live-fire exercise. High professionalism was demonstrated in the exemplary exercise aimed at enhancing the knowledge and skills of servicemen and improving the command capabilities of artillery units.