Qarabağa qayıdış: Torpağı öpənlərin ürəkləri kövrəldən görüntüləri

İşğaldan azad olunmuş rayonların, kəndlərin əhalisi bəzən tək-tək, çox vaxt isə qruplarla öz doğma kəndlərinə axın edir, dağılmış, yağmalanmış evlərinin viranəliyinə baxırlar. Hüquq-mühafizə orqanları təhlükəsizlik məqsədilə onların qarşısını almağa çalışır. Yenə də onlardan işğaldan azad edilmiş ərazilərə getmək üçün xahiş-minnət edənlər çoxdur. Paytaxtda və ölkənin iri şəhərlərində isə belə bir təəssürat var ki, 27-29 ildən bəri ölkənin başqa-başqa şəhərlərində, eləcə də ölkə xaricində yaşayan məcburi köçkünlərin çoxu doğma torpaqlarına qayıtmayacaq. Bəlkə də uzaq ölkələrdə yaşayan, paytaxtda özünə ev-eşik quranlar, o cümlədən onların gənc övladları qurulu düzənlərini pozmaq, hər şeyi yenidən başlamaq istəməyəcəklər. Bununla belə doğma kəndinə qayıtmaq, yenidən ev-eşik, təsərrüfat qurmaq istəyənlər çoxdur. İndi sizə Füzuli, Ağdam, Xocavənd rayonlarında həmsöhbət olduğumuz məcburi köçkünlərin bu xüsusda dilə gətirdikləri fikirləri çatdıracağıq. Hazırda Füzuli rayonunun Qayıdış qəsəbəsində yaşayan Asif K