Bu kənddə hər bir evin 9 sot həyətyanı torpaq sahəsi olacaq - APA TV

#APATV #zabux #laçın #tikinti #inşa #yurd #səfər #torpaq #kənd #şəhər #rayon #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 Bu kənddə hər bir evin 9 sot həyətyanı torpaq sahəsi olacaq - APA TV Ermənilərin xarabalığa çevirdiyi kəndlər, şəhərlər yenidən qurulur. İşğaldan azad olunduqdan sonra mina və quraşdırılmış bombalardan təmizlənən kəndlərdən olan Laçın rayonunun Zabux kəndi yenidən qurulan yurd yerlərimizdəndir. Tikinti işlərinə cəmi 4 aydır start verilib. Yeni kənddə tikinti işləri 81 hektarda aparılır. Hər bir evin 9 sot həyətyanı torpaq sahəsi var. Tikilən 223 evin 53-ü ikiotaqlı, 116-sı üçotaqlı, 28-i dördotaqlı, 26-ı isə beşotaqlıdır. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərinə səfəri zamanı laçınlı ailələrlə görüşdə zabuxluların da qısa müddətdə öz torpaqlarına qayıdacağını bildirib. Qeyd olunub ki, bu ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların ixtiyarına veriləcək. Zabux və Sus kəndləri Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edilib. Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV ✅ Rəsmi saytımız: ✅ Rəsmi facebook səhifəmiz: ✅ Rəsmi instagram səhifəmiz: ✅ Rəsmi twitter səhifəmiz: ✅ Rəsmi teleqram səhifəmiz: ✅ Rəsmi youtube kanalımız: Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@