“Azərenerji“ su qıtlığına görə hərəkətə keçdi - BAKU TV

“Azərenerji“ su qıtlığına görə hərəkətə keçdi - BAKU TV “Azərenerji” su anbarlarında, çaylarda, o cümlədən Xəzər dənizində suyun səviyyəsinin düşməsi ilə əlaqədar yaranan problemləri minimuma endirmək üçün hərəkətə keçib. Qurum balansında olan su elektrik stansiyalarında enerji istehsalının azalmasına və su qıtlığına görə fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşən böyük elektrik stansiyalarında kompleks işlər həyata keçirir. Ölkənin ikinci böyük elektrik stansiyası olan 800 meqavatlıq “Şimal” Elektrik Stansiyasında 540 metr uzunluqda estakadanın və 2 yerdə su nasos stansiyalarının tikintisi sürətlə aparılır. “Azərenerji“ su qıtlığına görə hərəkətə keçdi © 2023 © All Rights Reserved ℗ Baku TV #azerenerji #suqitligi #enerji