Moskvada Bakı milyonçusu Tağıyevin Rusiya imperiyasına verdiyi töhvələrdən danışılıb

Hacı Zeynalabdin Tağıyevin xatirəsi Moskva Dövlət Şərq Muzeyində anılıb Moskva Dövlət Şərq Muzeyində 20-ci əsrin əvvəllərinin azərbaycanlı sənayeçisi və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçirilib. Bakı milyonçusunun Rusiya imperiyasının inkişafına, mədəniyyət və maarifçilik sahələrinə verdiyi töhvələrin qeyd olunduğu tədbir çərçivəsində azərbaycanlı professor Mehman Məmmədovun müəllifi olduğu Tağıyevin həyat və yaradıcılığına həsr olunmuş “Əbədi nəciblik” kitabının təqdimatı da keçirilib. Daha ətraflı Rusiyadakı xüsusi müxbirimiz Fərid Əkbərov xəbər verir