Qarışqa ömrü | Ramiz Rövşən

· Ramiz Rövşən · “Qarışqa Ömrü“ Yaşamaq, doğrudan, çox gözəl işdir, Bir az pulun olsun, bir az imkanın. Dörd yanın şıdırğı alış-verişdir; Arzu bazarıdıe, ümid dükanı. Dolan bu bazarı, atam balası, Simiclik eləmə qəpik-quruşa. Lənkəran limonu, Şəki halvası, Turşu şirinə qat, şirini turşa. Hələ o şütüyən maşınlara bax, Baxıb için-için bir az yan hələ. Sənə də bir maşın yetirər Allah, Bir az səbrini bas, cavansan hələ. Hələ ki bu metro düşüb baxtına, Axına qarışıb sən də axarsan. Girib “Baksovet”də yerin altına, Montində xortdayıb yerd&