Deleting a table name in Excel - Exceldə cədvəl adının ləğv edilməsi

Bildiyimiz kimi “Table“ format üzərində əməliyyatlar apararkən xana nömrəsi yox, table adı və sütun adı birləşmiş formada qarşımıza çıxır. Məsələn, verilmiş cədvəldə ümumi məbləği tapmaq üçün satış ilə ƏDV-ni toplamaq lazımdır. Normalda əməliyyat belə olmalıdır: C2 + D2 lakin table formatı olduğu üçün belə olur: Satış_Cədvəli[@[Satış (AZN)]]+Satış_Cədvəli[@ƏDV] Bunu düzəltmək üçün File - Options - Formulas-a gedib “working with formulas“ hissəsində “use table names in formulas“dan işarəni götürmək lazımdır.@misterexcel