Paşinyanın paylaşdığı görüntülər hansı istiqamətdən çəkilib? -Ekspertlər danışdı

Paşinyanın paylaşdığı görüntülər hansı istiqamətdən çəkilib? -Ekspertlər danışdı Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında bir qrup hərbçinin səngər qazması görüntülərini paylaşıb. Düzdür, şinyan parlamentin sonuncu sual-cavab sessiyasında keçmiş hakimiyyətin Qarabağ məsələsi ilə bağlı xalqa yalan söylədiyini desə də, bir yandan paylaşdığı videogörüntülərin hansı istiqamətdə çəkildiyini açıqlamaması, digər tərəfdən isə bir müddət əvvəl sərhəd dirəklərinin quraşdırılmasının Ermənistanın təhlükəsizliyinə zəmanət postları olduğunu vurğulaması onun ikibaşlı siyasət yürütdüyünü ortaya qoymaqla Baş nazirin bu dəfə də hansısa hiyləgər addım atmağa hazırlaşdığını gündəmə gətirir. Təbii ki, Ermənistanın hakim partiyası ittiham etdiyi keçmiş siyasi elitanın aqibətindən nəticə çıxarmalı, atdığı addımları sadəcə daxili auditoriya və havadarları üçün hesablamamalıdır. Çünki vaxtı ilə revanşistlərin təxribatçı fəaliyyəti hansı nəticəni vermişdisə, bənzər fəaliyyətin davam etməsi yenə eyni nəticəyə gətirib çıxara bilər ki, bu da onlar üçün həyəcan siqnalı olmalıdır. Ekspertlərə görə, nə qədər ki, sülh müqaviləsi imzalanmayıb, Ermənistan hakimiyyəti bu barədə daha çox düşünməli, addımlarını da regional sabitlik istiqamətində atmalıdır. Çünki bunun əksi İrəvan üçün daha acınacaqlı aqibətlə yadda qala bilər. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ Paşinyanın paylaşdığı görüntülər hansı istiqamətdən çəkilib? -Ekspertlər danışdı 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #paşinyan #ermənistan #səngər #nikolpasinyan #sərhəd #sərhəddəsonvəziyyət #azərbayramov #başnazir #nikolpaşinyan