“Maşa və ayı“nın Azərbaycan buraxılışı ermənilərin gözünə batıb - Baku TV

“Maşa və ayı“nın Azərbaycan buraxılışı ermənilərin gözünə batıb - Baku TV Cəmi iki həftə öncə sevinc hissi ilə xəbər vermişdik ki, Rusiya cizgi film şirkətinin istehsalı olan, uşaqların sevimlisi “Maşa və Ayı”nın növbəti bölümü Azərbaycandan bəhs edir. Bu gün isə məlum oldu ki, “Cırtdan” xalq nağılının əsasında hazırlanan bölüm cizgi filminin rəsmi yutub səhifəsindən silinib. Buna səbəb olan isə yenə də Azərbaycanın daim onlardan irəlidə olmasını gözü götürməyən mərdimazar ermənilərdir. Belə ki, Azərbaycanın xəritəsi ilə başlayan, məşhur “Cücələrim” mahnısından da istifadə edilən cizgi filminin süjet xətti, sözün əsl mənasında, ermənilərin gözünə batıb. Elə bu səbəbdən həmin bölümü şikayət edərək yutubdan sildiriblər. Qeyd edək ki, avqustun 12-si təqdim olunan, Azərbaycana xas koloritlərlə zəngin, milli mətbəximizə aid təndir çörəyindən tutmuş paxlava, dolmaya qədər bəhs edilən cizgi filminin sözügedən bölümü uşaqların sevimlisi olan bir çox dünyaca məşhur filmlərdən daha çox izlənmişdi. Kanalı