Ermənistan ordusu məğlubiyyətdən sonra bu vəziyyətə düşdü

İkinci Qarabağ müharibəsi bitsə də, Ermənistanda ordu ilə bağlı problemlər səngimir. Ermənistan rəhbərliyi məğlub ordunun problemləri ilə maraqlanmır, yaralı əsgərlər isə taleyin ümidinə buraxılıb. “Müharibə bitsə də ay yarım döyüşən əsgərlər bu gün ölkənin hərbi-siyasi rəhbərliyinin biganəliyi ilə üz-üzə qalıblar. Hökumətin əsgərlərə göstərdiyi acınacaqlı münasibəti əks etdirən görüntülər yayılıb. 44 gün davam edən müharibədən sonra bir çox hərbçi, o cümlədən çox sayda yaralı çağırışçı heç bir şəraiti olm