Londonda “Xarı Bülbül“ şousu: Britaniya Kraliçası II Elizabeth Qarabağ atlarını izləyib

Londonda Qarabağ atlarının da qatıldığı ənənəvi “Royal Windsor Horse Show” - “Vindzor Kral Atçılıq Şousu” bu gün başa çatıb. Mərasimi Böyük Britaniya Kraliçası II Elizabet və kral ailəsinin üzvləri izləyib. Azərbaycan nümayəndə heyəti bu şouda “Xarı-Bülbül” adlı xüsusi şou-kompozisiya təqdim edib. İyulun 1-4-də keçirilən şouda Azərbaycan Dövlət Sərhəd Xidmətinin süvarilər qrupunun üzvləri Qarabağ atları üzərində çıxış ediblər. Azərbaycanın təqdim etdiyi şouya Britaniya mediası da diqqət ayırıb. Britaniyanın Daily Mail nəşri Azərbaycan atlılarının göstərdiyi tamaşanı “möhtəşəm” adlandırıb. BBC News Azərbaycanca Xidməti Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr barədə videoları sizə çatdırır. Bizi sosial şəbəkələrdə izləyin, şərh yazın və paylaşın: Facebook: Twitter: Instagram: WhatsApp-da “BBC“ yaz göndər, xəbərlər telefonuna gəlsin: 44 7548 711235 Youtu