Qorabog - Qarabağ (Özbəkistan müğənnilərinin ifasında)
Sevgilim, seyrə çıxaq burda gəl ilk baharı.
Dil açır qəlbimizin ən şirin arzuları.
Anadır arzulara hər zaman Qarabağ,
Danışan dil-dodağım, tar-kaman Qarabağ.
Qarabağ, can Qarabağ, ana yurdum!
Nəqarət:
Bi çəmənlərdə gəzir Vaqifin şux gözəli,
Ruhumu burdan alıb Natəvanın qəzəli.
Anadır arzulara hər zaman Qarabağ,
Danışan dil-dodağım, tar-kaman Qarabağ.
Qarabağ, can Qarabağ, ana yurdum!
2.
Tarlalarında neçə qəhrəman övladı var,
Əməyi güllər açan Xanları, Bünyadı var.
Anadır arzulara hər zaman Qarabağ,
Danışan dil-dodağım, tar-kaman Qarabağ.
Qarabağ, can Qarabağ, ana yurdum!