Qayalardan yol (1941-ci il)

Kinoreportajdır. Film dəmiryol tikintisində çalışan Qarabulaq rayonu (indiki Füzuli rayonu) kolxozçularının fədakar əməyindən bəhs edir. Filmdə dağların ətəyindən yolun salınması, bunun üçün güclü texnikadan istifadə olunması, tikinti materialları daşınan körpünün istismara buraxılması və nəhayət qayaların altından tunel çəkilməsi öz əksini tapmışdır.